Müğənni Vüqar Muradov: "Yaponiyada sərgidə gördüm, aldım" - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Vüqar Muradov yeni avtomobil alıb.

Sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətində maşınını Yaponiyadan sifarişlə gətirtdiyini bildirib:

"Bu avtomobillər sifarişlə yığılır. Yaponiyada sərgidə gördüm və aldım. Maşın həvəskarıyam. Hər zaman çalışıram idman stilli, fərqliliyi olan avtomobillər alım. İki maşınım var. Digəri cipdir. Ağır avtomobildir, şəhər içində sürmək olmur. Ona görə də belə bir yığcam maşın seçdim. Eyni zamanda ilk dəfədir ki, öz adıma maşınım olur. Mən Qax qeydiyyatındayam. Maşın alanda şəhər nömrəsi olsun deyə, başqasının adına keçirir, etibarnamə ilə idarə edirdim. "99"-la başlayan nömərlərdə isə şəhər-rayon fərqi olmur".
 

Böyütmək üçün şəkillərə klikləyin: