Eyyub Yaqubov: "Özümü hələ uşaq sayıram" Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Eyyub Yaqubov "Gündəlik" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni oğlu və nəvəsi Talehdən danışıb: "Baba olmaq mənə nağıl kimi gəlir. İnanmıram ki, nəvəm olub. Özümü hələ uşaq sayıram. Oğlum tez evləndi. Allah belə qismət etdi. Nəvəm Tanrının hədiyyəsidir. Bu hisləri sözlə ifadə etmək çətindir".