Nüşabə Ələsgərli: "Kişilərin arasında da rəfiqələrim var"- VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

"Kişi xeylağıdır, amma rəfiqəmdir"

Əməkdar artist Nüşabə Ələsgərli "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən müğənni şəxsi həyatından, dostluqdan, sevgidən və şou-biznesdəki kişi rəfiqələrindən danışıb: "Dost sözünün arxasında dərin mənəvi hislər dayanır. Bir də var sosial şəbəkə dostları. Onlar istəyərək mənim dostluğuma gəliblər. Mən də onların dostluğunu sevə-sevə qəbul etmişəm. Şou-biznesdə isə ən yaxın rəfiqələrimdən biri Nazənin xanımdır. Kişilərin arasında da rəfiqələrim var. Hərdən mən onlara deyirəm ki, siz mənim üçün dost deyil, rəfiqəsiniz. Mən onlara kişi rəfiqələr deyirəm. Mən onlarla rəfiqəm kimi hər şeyi bölüşə bilirəm. Kişi xeylağıdır, amma rəfiqəmdir mənim. Şəxsi həyatımla bağlı məsələləri kişi rəfiqələrimlə rahat bölüşürəm. Mən dostlarıma güvənirəm. Yəqin ki, onlar da mənə güvənirlər. Amma bəzən ən yaxınından da namərdlik görürsən. Sınan bir qəlb isə heç vaxt tamamilə birləşə bilməz. Nəsə bir çat, cızıq qalır həmişə. Sevdiyin insandan nəsə namərdlik gördünsə, bil ki, onu bir də edə bilər və edirlər də. Amma biz bağışlasaq yaxşıdır, özümüz üçün".

Tanınmış ifaçı şou-biznesimizin bugünkü vəziyyətini belə dəyərləndirib: "Şou-biznes güzgüdür. Şou-biznes təhsilin də, səhiyyənin də, iqtisadiyyatın da, cəmiyyətin də güzgüsüdür. Nə yaşanırsa, cəmiyyətdə, şou-biznesdə də onun təzahürlərini görürük. Amma mən yaxşı məqamda gəlmişəm efirə. Oxumağıma da, tanınmağıma da, sevilməyimə də peşman deyiləm. Hər kəsi öz adıyla çağırırlar. Şou-biznesdə ləyaqətsiz insan varsa, onu o şəkildə də tanıyacaqlar. Özünə hörmət edən, yerini bilən şəxsləri də öz adıyla çağıracaqlar".

Müğənni dietaya başladığını da açıqlayıb: "Yeməklə aram yaxşıdır. Əsas da milli mətbəximizlə. Amma yemək miqdarımı azaltmışam, 100 faizdən 30 faizə endirmişəm".

Videonu izləmək üçün şəkilə klikləyin:


фото