Samira Allahverdi "Çağırış" etdi - FOTO - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Samira Allahverdi "Bakı-2015" Avropa Oyunlarına həsr etdiyi "Çağırış" adlı mahnısına çəkdirdiyi klipi ilə bağlı mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, "Park Cinema" da keçirilən tədbiri ilk olaraq giriş sözü ilə ifaçının özü açıb: "Bilirsiniz ki, mən tez-tez mətbuat konfransı keçirməyi, klip təqdim etməyi sevmirəm. Amma bu mahnını "Bakı-2015" Avropa Oyunlarına həsr etdiyim üçün təqdim etməyi düşündüm.

"Çağırış" adlı mahnının musiqisi əcnəbi ifaçı Jessie J-nin "Thuder" mahnısından götürülüb. Çox bəyəndiyim bir mahnıdır. Həmin mahnıya şairə Sevinc Şirin sözlər yazdı və nəticədə də belə bir iş ərsəyə gəldi. Bu mahnı məndən bütün idmançılara hədiyyədir. Onu da əlavə edim ki, klip çəkilişləri zamanı qızım Məryəm də mənim yanımda idi". Daha sonra "Çağırış" adlı mahnıya ekran həyatı verən rejissor Ülviyyə Könül danışıb: "Artıq illərdir ki, klip çəkmirəm. Hər zaman mənə yaxın olan sənətçilərlə işləmişəm. Elə Samirənin səsini, insanlığını bəyəndiyimə görə, bu klipi çəkdim".

Sonda mahnının söz yazarı fikirlərini bölüşüb: "Qısaca onu deyim ki, 6 aya ərsəyə gələn bir işdir. Əslində, Samirə bu mahnını mənə göstərəndə bəstəyə sözləri yazmaqda çətinlik çəkdim. Amma yavaş-yavaş nəsə ərsəyə gəldi. Klipi də bəyəndim. Ülviyyə xanım çox sağ olsun ki, klipdə bütün kadrları sözə uyğun tamamlayıb". S.Allahverdinin "Bakı 2015" Avropa Oyunlarına həsr etdiyi "Çağırış" adlı klipini və təbirdən şəkilləri təqdim edirik.

Böyütmək üçün şəkillərə klikləyin:


Videonu izləmək üçün şəkilə klikləyin:



фото