Murad Dadaşov: "Övladlarıma lazımi qədər vaxt ayıra bilmirəm"

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Murad Dadaşov jurnalist Ülviyyə Alovlunun "Əslində mən" verilişində oğlanlarından danışıb.

Axşam.az-ın məlumatına görə, şoumen övladlarına vaxt ayıra bilməməkdən şikayətlənib:

"Övladlarıma lazımi qədər vaxt ayıra bilmirəm. Ürəyim istəyən kimi onların yanında olmuram. Heç böyük oğlum Kamal mənimlə görünmək istəmir. Hətta harasa gedəndə deyir ki, ata olar sən gəlməyəsən? Bu mənə təsir edir. Amma o, izah edir: "Elə düşünürəm ki, insanlar mənimlə sənin oğlun olduğum üçün dostluq edirlər". Oğluma haqq qazandırıram. Düzdür, mən kral deyiləm. Amma cəmiyyət içində müəyyən status qazanmış insanam. Övladım da özünü sübut etmək istəyir".