"Mikayıl, elə qonaqlar çağırırsan ki, fuuu... kəndçidirlər" Day.Az представляет новость на азербайджанском языке:

Aşıq Mikayıl Güləddinoğlu aşıq Mübarizin müdafiəsinə qalxıb. Milli.Azpublika.az-a istinadən xəbər verir ki, o, aşıqlar tərəfindən qınaq obyektinə çevrilən həmkarını "Günaydın" verilişində müdafiə edib:

"Əgər aşıq Mübariz pisdirsə, niyə 99 faiz aşıqlar bu yolu gedir? Mənim olduğum məclislərdə aşıqların əksəriyyəti sazı oynadır. Saz ilə rəqs edir. Mübarizin yolu var. Hamı da bu yolu gedir. Bu yol pisdirsə, bu yolu niyə gedirlər?"

Aparıcı həmçinin müəllifi olduğu "Sevimli şou"ya ağız büzənlərə də söz atıb.

"Bir dostumuz var, mənə həmişə deyir ki, "Mikayıl, elə qonaqlar çağırırsan ki, fuuu... kəndçidirlər". Və həmin bayağı mahnıların da adını çəkdim. Günlərin birində həmin mahnıları toyda rəqs edəndə, tutdum qolundan. Dedim bəs bu mahnıları niyə oynayırsan?"

Milli.Az