Üç günlük fasilədən sonra...

Day.Az представляет новость на азербайджанском языке:

ANS TV-də yayımlanan "Maşın" realiti-şou bu gün efirə gedəcək. Bu barədə layihənin rəhbəri və aparıcısı Murad Dadaşov musavat.com-un əməkdaşına məlumat bildirib. Tanınmış şoumen verilişin həmişəki qaydada davam edəcəyini deyib:

"Dünən yanğında dünyasını dəyişən insanların üç mərasimi və ilk cümə axşamı idi. Buna görə üç gün verilişin yayımlanmasını təxirə saldıq. Artıq bu gündən verilişimiz həmişəki qaydada davam edəcək".

Qeyd edək ki, ən çox izlənilən televiziya layihələrindən olan "Maşın" realiti-şousu 2009-cu ildə ilk dəfə Lider TV-də yayımlanıb. 2013-cü ildə yəni, üç il fasilədən sonra veriliş yenidən yayımlanmağa başlayıb.

Hazırda layihə ATV-də həyata keçirlir. Verilişdə məşhur mədəniyyət və şou-biznes nümayəndələri iştirak edir.