Azərbaycanlı müğənni hamilədir

Day.Az представляет новость на азербайджанском языке.

İradə İbrahimova
nın hamilə olduğu barədə xəbər yayılıb.

Müğənninin mətbuat katibi axsam.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, sənətçinin hazırda Bakıda olduğunu, hündürmərtəbəli binada baş verən məlum yanğın hadisəsindən sonra bu barədə danışmaq həvəsində olmadığını deyib: "Azyaşlı uşaqlar faciəvi şəkildə haqq dünyasına qovuşdular. İradə xanım övlad itirən anaların dərdini anlayıb bu barədə danışmaq istəmədi. Yəqin ki, bundan sonra da bu mövzunu geniş müzakirə etməyəcək. Bakıya gəlməyinin səbəbi klip təqdimatı idi. Təqdimatı təxirə saldıq. Amma rəhmətə gedənlərin 7-si çıxsın, daha sonrakı günlərdə klip yayım üçün telekanallara təqdim ediləcək".

Mətbuat katibi qeyd edib ki, ikinci dəfə övlad dünyaya gətirməyə hazırlaşan İ.İbrahimova yaradıcılığında fasilələr yaratmayacaq. Türkiyənin şirkətləri ilə çalışan ifaçı yaxın həftələrə daha bir sıra yeniliklər vəd edir.