Röyanın "razborka"sı, Rəqsanə və Xoşqədəmin oxşarlığı... - HƏFTƏBECƏR

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (29-cu say) təqdim edir.
 

Bir həftə fasilədən sonra "Həftəbecər"i yazmaq elə də asan deyildi. Çünki həftə ərzində şou gündəmi o qədər qarışıq olur ki, nəyi yazıb, nəyi yazmamağı qərar vermək də çətinləşir. O ki qaldı iki həftənin şou xəbərlərini bir yerdə becərmək. Beləliklə, başladıq...
 

Rəqsanə Xoşqədəm Hidayətqızını bir-birinə bağlayan ortaq cəhətlər az deyil. Əvvəla, hər ikisi tanınmış xanımdır, ikisini də sevənlər var, ikisini də bəyənməyənlər az deyil, hər ikisinin bir neçə il öncəki zahiri görünüşlərinə də diqqət yetirdikdə müəyyən oxşarlıqlar tapmaq olur. Bu həftə bu iki tanınmış xanımın daha bir ortaq cəhəti üzə çıxdı. Ya ikisinin də ürəkgetməsi var, ya da hər ikisi çox həssasdırlar. Ya da...Ya da... Səni yanasan, reytinq, adamın ürəyini çəkirsən, aparırsan.
 

Geridə qalan həftə ATV-ANS, yaxud ANS-ATV qarşıdurmasıyla da yadda qaldı. Bu barədə əlavə nəsə yazmağa ehtiyac duymuram. Amma yazacağınız şərhlərdə kimi daha haqlı görməyiniz mənimçün maraqlıdır.
 

Deməli, bir müddət əvvəl Elnur adlı cavan oğlan müğənni Röyanın "İnstagram" səhifəsində ağlına və ağzına gələni yazıb. İş o həddə çatıb ki, müğənni bu şəxsi tapdırmaq qərarına gəlib. Polis Elnuru tapıb, Röyayla görüşüblər, söhbətləşiblər. Sonra Röya sosial şəbəkədə yazıb ki, Elnur bütün dediklərini... Nəysə... Özünüz oxuyun:  "Mənim əzizlərim, "İnstagram"da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz, dərəbəylikdir? Kim hansı qiyməti istəyir, onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən, özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay, bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir, görəsən? Elnur Orucov, axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi... Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq".

Allah belə övladın heç köməyi olmasın.
 

Həftənin digər iki xəbəri isə nisbətən pozitivdir. Teleaparıcı Aytən Səfərova və müğənni İradə İbrahimova ikinci övlad dünyaya gətirəcəklər.

Yazının sonunda sənət adamlarına bir müraciətim var. Çünki təvazökarlıqdan uzaq olmasın, bilirəm ki, çoxlarınız bu layihəni oxuyursunuz. Jurnalist sizə zəng edib hansısa mövzu barədə soruşursa, "filan sayta danışmışam, oradan götürün" kimi "məsləhətlər" verməyin. Çünki əvvəla, bu, jurnalistlər arasında ayrı-seçkilik etməkdir, ikincisi, özünüzə qarşı hörmətsizlikdir, üçüncüsü, belə deməklə savadsızlığınızı açıq şəkildə büruzə vermiş olursunuz.
 

İndi çox adi bir misal çəkəcəm. Təsəvvür edin ki, öz toyuma iki müğənni çağırmışam. Birinin adı Əlidir, birinin adı Pirvəli. Əli mənim toyumdan min manat, Pirvəli isə iki min alasıdır. Toydan sonra Pirvəlinin qonorarını ödəyirəm, Əliyə də deyirəm ki, Pirvəliyə pul vermişəm, sənə pul yoxdur. Görürsünüzmü? Siz bu vəziyyətdə özünüzü necə hiss edərdiniz? Qısacası, sizin hansı sayta hansı açıqlamanı verməyinizin şəxsən mənə dəxli yoxdur. Əgər suala cavab vermək istəmirsinizsə, bunu açıq şəkildə, qorxmadan deyə bilərsiniz. Çəkdiyim primitiv misala görə üzrlü sayın, amma bundan mürəkkəbini anlamayacağınızdan ehtiyatlandığıma görə belə etməli oldum.