Mehriban Xanlarova: "Ya üzr istəyəcəklər, ya da məhkəmə"

Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Mehriban Xanlarova "Günə baxan" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Maşın" realiti-şousundakı iştirakından, tanınmışların onun ünvanına dediyi sözlərdən danışıb.
 

O, müğənni Xatirə İslamın onun ünvanına dediyi "Sən də Amaliya Pənahova, Məleykə Əsədova kimi baş rolda oynayaydın, maşının olardı" sözlərinə münasibət bildirib:
 

"Maşının ətrafında olanlar Xanlarovanı çox böyütdülər. Çünki güclü idim. Aktyor yoldaşım çıxıb, "ovçu Pirim" deyə-deyə gülləni mənə tərəf tuşlamışdı. Oyunun şah damarı mən idim. Müğənnilərə məşhurluq gətirdim. Xatirə bu sözləri deməməliydi. O, kimlərəsə yaltaqlandı. Xatirənin başı toylara o qədər qarışıb ki, mənim yaradıcılığımdan xəbəri yoxdur. Universitetdə oxumaya-oxumaya Moskva film studiyasının təsdiqi ilə baş rola çəkilmişəm. Şouda olduğum müddətdə ünvanıma xoşagəlməz sözlər deyənlərin hər birinin cavabını verəcəm. Kərim Abbasov, Tolik və Səidə Sultan haqqımda danışıblar. Hamısı o təhqirə görə üzr istəyəcək. Əks halda məhkəməyə verəcəm. Səidə, sən kim, mən kim? Hamısına xəbər göndərmişəm. Əsas savaşım isə Kərimlədir".
 

Qeyd edək ki, S.Sultan aktrisanın ünvanına "Mehriban xanımın bir rolu yadımdadır. O da əxlaqsız qadın obrazıdır. Onun elə davranışı qarşısında Aygün xanım (xalq artisti Aygün Kazımova - red.) kimi sakit dura bilməzdim. Belə insanlar həyatda heç nəyə nail olmayan, yarımayan insanlardır" sözlərini demişdi.