Günay İbrahimli: "3 saatdan artıq yatmıram, psixopat kimi oluram"

Day.Az представляет новость на азербайджанском языке.

"Həyatımda heç kim yoxdur. İşimə çox yüklənmişəm, konsertə hazırlaşıram. Sevgiyə vaxtım yoxdur. Sevdiyim şəxs olub, hazırda həyatımda boşluqdur".
 

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, müğənni Günay İbrahimli hələ kimsəyə aşiq olmadığını söyləyib.

"Mən içimdə sevirəm. Belə real sevgilim yoxdur", - söyləyən müğənni konsertə hazırlaşdığını deyib.

"Mən "Yaşıl Teatr"da konsert verdim, oranın rəhbəri belə bilir ki, 1400 bilet satılmışdı. Yerlər boş qalanda isə imkanı olmayan, ancaq izləmək istəyən üçün şans yaradılır. Bunda pis bir şey yoxdur. 1400 bilet satılıbsa, deməli, Heydər Əliyev Sarayındakı konsertimə də gələnlər olacaq. Mənim əgər heç kəsə borcum yoxdursa, bankrot olmamışamsa, üzüağ çıxmışamsa, bir dəfə də riskə getməyə dəyər", - G.İbrahimli bildirib.

Onun sözlərinə görə, ulduz xəstəliyinə də tutulmayıb: "Ulduz xəstəliyinə tutulmaq başqa şeydir. Bu xəstəliyə tutulanlar işləmirlər, gedirlər xaricdə istirahət edirlər, öz həyatlarını yaşayırlar. Deyirlər ki, mənə bu məşhurluq bəsdir, iki il işləmirəm. Əgər mən 3 saatdan artıq yatmıramsa, hər an üzərimdə çalışıramsa, necə ulduz xəstəliyinə tutula bilərəm? Bu ulduz xəstəliyidirsə, onlara sözüm yoxdur".
 

O, son vaxtlar çox çalışdığını da deyib.
 

"Bir az əsəbi olmuşam. Ancaq öyrəşməyə başlayıram. Evdə oturanda psixopat kimi oluram, depressiyaya düşürəm. İstirahət etmək lazımdır. Hazırda iş rejimim ağırdı", - G.İbrahimli söyləyib.