Qalmaqal: Murad Dadaşov canlı efirdə nəyin qarşısını aldı?- FOTO

Day.Az представляет новость на азербайджанском языке:

ANS TV-nin efirində yayımlanan "Maşın" realiyi-şousunun dünənki buraxılışında qalmaqal oldu.

ANS PRESS-in məlumatına görə, şounun iştirakçıları stilist Anar Ağakişiyev və müğənni Samir Cavadzadə ilə Aşıq Əli arasında gərgin anlar yaşanıb.

Qutuya fotosu ən çox atılan Samir Cavadzadə səs toplayarsa çıxaracağı oyunçunun Aşıq Əli olduğunu açıqlayanda, qarşı tərəfin reaksiyası az qala davaya səbəb olacaqdı.

Aşığın, "Mən bilirəm ki, sizin tipli insanlar bir-birlərini çıxarmazsız. Ona görə də əmin idim ki, hədəf mənəm" deməsi, Samir Cavadzadədən çox Anarı qəzəbləndirib. Stilist aşığın özlərinə qarşı belə mövqeyinin ilk günlərdən şahidi olduğunu dedi: "Siz birinci gündən mənimlə belə davranırsız. Gah söz atırdız, gan da lazım gəldi-gəlmədi gülürdüz..."

Aşıq Əli Anara fikrini axıradək çatdırmağa imkan vermədikdə, stilist "Məni dinləmək zorundasan" - deyə ona irad tutdu.

Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov Anarın bu tələbinin düzgün olmadığını bildirdi: "Burada heç kim heç kimi heç nəyə məcbur edə bilməz! Aşıq Əli səni dinləmək istəmirsə, bu onun öz işidir".

Sakitləşməyən stilist yenə de mövzuya dönüb belə dedi: "Neçə gündür mənə söz atırsız, bəsdirin artıq. Mənim burada qalmağımı istəyənlərdən xahiş edirəm ki, Samirin qalmasına səs verminlər. Oyunu Aşıq Əli ilə davam etdirmək istəmirəm".

Hədəf seçilən Aşıq Əli efir vasitəsilə tamaşaçılara üz tutaraq Samir Cavadzadənin getməsi üçün səs göndərmələrini istədi. O, bu müraciətində də, sətiraltı mesajlar verdi: "Mən xalqımızın milli dəyəri olan aşıq sənətinin nümayəndəsiyəm. Maşının ətrafìnda onlarla bir yerdə dayanmaq istəmirəm".

Vəziyyətin gərginləşdiyini görən Murad Dadaşov yenidən söhbətə müdaxilə etmək məcburiyyətində qaldı. "Anar, gəlin bu neçə gün ərzində qazandığımız hörmətì itirməyək. Söhbəti uzatmaq lazım deyil. Məncə Əlinin sözündən incimək lazım deyil. Mənə də, Əliyə baxan hər kəs gombul deyir, indi biz bir-bir hamının fikrini dəyişəsi deyilik. Baxmayaraq ki, mən indi çox arıqlamışam, yenə də hər kəsin düşüncəsində gombul kimi qalmışam".

Aparıcı Samir Cavadzadənin səs faizi son dəfə açıqlacağını elan etdikdə, Aşıq Əli (Tapdıqov) əlini maşından çəkərək Murad Dadaşovun yanına gəldi. Əslində onun bu hərəkəti gözlənilən idi. Çünki Əli dəfələrlə demişdi ki, öz səviyyəmdə olmayan birinin məni çıxaracağına imkan vermərəm.

Səs çoxluğu ilə realiti-şouda oyunu davam etdirən Samir Cavadzadə iştirakçılardan birini kənarlaşdırmaq səlahiyyəti olsa da, heç kimi çıxarmadı.

Beləliklə, "Daha bir nağıl" şüarı ilə reallaşan "Maşın"ın 13-cü sürəti Xatirə İslam, Anar Ağakişiyev, Samir Cavadzadə və Rəşad Dağlı ilə davam edəcək. Oyunçulardan biri bu axşam şoudan kənarlaşdırıldıqdan sonra 3 nəfərlə final mərhələsinə qədəm qoyacaq.

Böyütmək üçün şəkillərə klikləyin: