"Toppuş bacı" həyat yoldaşından danışdı: "Nə yaxşı ki..."

Day.Az представляет новость на азербайджанском языке:

"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Royal bəylə Şamaxıya istirahətə gedib. Lent.az-ın məlumatına görə, istirahətdə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşan aktrisa fotoya "Səninlə çox xoşbətəm. Nə yaxşı ki, varsan" yazıb.

"Toppuş bacı" Lent.az-a açıqlamasında onu da əlavə edib ki, 5 illlik fasilədən sonra Akademik Milli Dram Teatrına qayıdışı maraqla qarşılanıb: "Xeyli müddətdən sonra teatra qayıtmağım yaxşı oldu. Hətta buna görə də sosial şəbəkədə məni təbrik edənlər də var. Bu da bir aktrisa kimi məni çox sevindirdi. Tamaşaçılar gözləsinlər, yeni-yeni tamaşalarla görüşlərinə gələcəm".
 

Qeyd edək ki, T.Əliyeva bir neçə gün öncə Akademik Milli Dram Teatrında Rəhman Əlizadənin "Lalə düzən" pyesində Bilqeyis obrazını canlandırıb.