Nazpəri Dostəliyevaya qadağa qoyuldu

Day.Az представляет новость на азербайджанском языке:

Xalq artisti Nazpəri Dostəliyevanın ölkədən çıxmasına qadağa qoyulub.

Bu barədə ölkə.az-a xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızı məlumat verib. M.Bəylərqızı bildirib ki, hakim Abbas Əliyevin sədrliyi ilə keçən məhkəmə prosesində belə qərar çıxarılıb:

"Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 8 (005)-537/2015 saylı iş üzrə qərara əsasən, Nazpəri Dostəliyevayanın ölkədən getmək hüququ məhdudlaşdırılıb".

Qeyd edək ki, Nazpəri Dostəliyeva məhkəmədə İlhamə Quliyevaya 25 min manat uduzmuşdu.