6 aydan sonra boşanan Naz xəstəxanaya düşdü... - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Həyat yoldaşından boşanan aktrisa Naz Elmas xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostları ilə əyləncə məkanlarının birinə gedən aktrisanın halı pisləşib və ürəyi gedib.

Dostları Elması xəstəxanaya aparıb. Səhər saatlarına qədər xəstəxanada qalan məşhur daha sonra evə buraxılıb.

Naz Elmas ayrılıq səbəbi olaraq həyat yoldaşı ilə fərqli düşüncələrə sahib olmalarını göstərmişdi:

"Fərqli həyat düşüncələrinə sahib olduğumuzu başa düşdük və razılaşma yolu ilə boşandıq. Evliliyimiz bu gün bitdi".

Qeyd edək ki, o, 2014-cü ilin son günü, 31 dekabrda Emre Kiramerlə evlənmişdi.

Böyütmək üçün şəkillərə klikləyin: