Azərinin Türkiyədə albomu çıxdı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycanın tanınmış müğənnisi, əməkdar artist Azərinin Türkiyədə yeni albomu işıq üzü görüb. ANS PRESS-in "İHA"ya istinadən verdiyi məlumata görə, albom "Yüreklerde biriz" (Ürəklərdə birik) adı ilə musiqi sevərlərin ixtiyarına verilib. Albomu barədə "İHA" müxbirinə məlumat verən müğənni burda Türkiyənin tanınmış siyasətçisi Muhsin Yazıçıoğlunun "Üşüyürəm" şeirinə bəstələnmiş mahnıya da yer verdiyini açıqlayıb. Müğənni həmçinin Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini və Azərbaycanın bu gün də şəhid verdiyini vurğulayıb.

"Azərbaycanın sərhəddində hələ də atəşkəs rejimi pozulur. Azərbaycanda doğma yerlərindən didərgin düşmüş 1 milyon qaçqın var. Azərbaycan bu gün də şəhidlər verir. Bütün bunlar qarşısında dünya səssiz qalır. Bu problem qarşısında Türkiyə Azərbaycanın yanında yer aldı və öz böyüklüyünü göstərdi. Amma təəssüf ki, 1 milyon qaçqına və Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına dünya göz yumur. Biz bir ola bilsək bir çox problem həllini tapacaqdır".

Müğənni həmçinin albomun ərsəyə gəlməsində əməyi olanlara da öz təşəkkürünü bildirib.

Videonu izləmək üçün şəkilə klikləyin:


фото