Rəna Ağamuradova: “Onsuz da mənim bədənimi hamı görüb” - FOTO - MÜSAHİBƏ

Day.Az представляет новость на азербайджанском языке:

Hər dəfə bir məşhuru qonaq edən "İşdən sonra" bu dəfə də ənələrə sadiq qaldı.

Bu dəfə qonağımız sosial şəbəkələrdə kifayət qədər məşhur olan, qısa müddətdə öz adını sənətində ön pillələrə yazdıran, hər kəsin Renka kimi tanıdığı rəqqasə Rəna Ağamuradova oldu.

Rəna ilə söhbətimizdə maraqlı fikirlər ortaya çıxdı. 7New.Az olaraq rəqqasə Rəna ilə söhbətimizi təqdim edirik.

"Onsuz da mənim bədənimi hamı görüb..."

- Başlayaq adından. Rəna olsa da, Renka kimi tanınırsan. Bu səni narahat etmir ki?

Sözün düzü bütün dostlarım mənə "Renka" deyirlər. Demək olar ki, uşaqlıqdan hamı mənə elə müraciət edib. Ona görə də artıq örgəşmişəm.

- Neçə ildir rəqqasəliklə məşğulsan?

Artıq 4-cü ilə keçib. Əvvəldən oynayırdım. Ancaq üzərinə düşməmişəm. İndi isə sevdiyim bir işlə məşğulam deyə, sevinirəm.

- İllər keçdikcə bu sahədə uğur qazana bilməsən, nə edərsən?

Görək, Allah necə qismət edərsə. İddialıyam. Öz sözümü deyəcəyimə inanıram.

- Sənətincə 4il ərzində arzuladığın nəyə nail olmusan?

Mən tam başqa bir insan idim. Həyatım tamamən fərqli idi. Gəldim çıxdım bu nöqtəyə. İnşallah yavaş-yavaş da bu həyata örgəşirəm.

- Bu sənətə başladıqda, sənə ilk dəstək kimdən gəlib?

Dəstək olanlar çox olub. Hər zaman yanımda çox insanın olduğunu hiss etmişəm.

- Müxtəlif sahələrlə də məşğulsan. Rəqqasəliklə yanaşı, aktrisa və model kimi də çalışırsan. Səncə əsl Rəna bunlardan hansıdır?

Təbii ki, rəqqasə. Digərlərini isə, əgər bacarığım varsa, yaxşı alınırsa, nə üçün etməyim.

- Həmkarlarınızdan kimlərlə aranızda problem yaşanıb?

Ümumiyyətlə mən qalmaqalı sevən insan deyiləm. Əgər belə birisi varsa da, onlar tanınmış simalar deyil. Odur ki, adlarını desəm belə tanımayacaqsınız.

- 30 yaşınızın olduğunu yaxın zamanlarda bilmişik. Belə gənc görünmənizi necə qoruyub saxlayırsınız?

Düzgün qidalanıram. Həm də, bu bizim ailədə genetikdir.

- Son zamanlar açıq-saçıq fotolarınıza kifayət qədər çox rast gəlirik.

Doğrudur. Ancaq onu da deyim ki, hələ son zamanlar bir az azaltmışam (gülür).

- Ümumiyyətlə, açıq-saçıq fotolara üstünlük verməyinizə səbəb nədir?

Bilirsiniz, mənim bədən formam açıq-saçıq fotolara imkan verir. Elə insanlar var ki, bu cür fotolar onlarda kobud görünür, normal alınmır. Ancaq mən də isə yox. Ümumiyyətlə, mən bədənimi niyə gizlətməliyəm ki. Mən rəqqasəyəm, onsuz da mənim bədənimi hamı görüb. Ən çox reper Qurdun klipindən sonra tənqid gəlmişdi. Amma tənqidlərlə yanaşı, insanların çoxu bunu bəyəndi. Odur ki, düşünürəm bu cür fotolara görə, hər hansısa kompleks olmamalıdır.

- Açıq-saçıq səhnələr olduqda, ilk təklif sənə gəlir. Bəs buna səbəb nədir?

Mən heç vaxt rejissorlara əziyyət çəkdirmirəm. Çəkilişə gecikmirəm, onlar nə deyirsə, onu da edirəm, kompleksim yoxdur. Yəqin ki, məhz buna görədir ki, ilk ağıla mən gəlirəm. Mənimlə işləmək rahatdır.

- Nə üçün insanlar sizi seksual biri kimi tanıyırlar?

Bu bir obrazdır. Çoxları məni qınayır, amma bu qınayan insanlar həyatda məni görəndə münasibətləri bütünlüklə dəyişir.

"Mənim yaşıdlarım nazirlərlə fırlanır..."

- Ailə həyatınızı itirmənizin səbəbi nə idi?

Sadəcə alınmadı, biz dost kimi ayrıldıq.

- Səbəb?

Bezdim, doğrusunu desəm, bir-birimizdən yorulduq. Amma indi daha yaxşı dostuq. İndiki münasibətimiz tamam başqadır.

- Yenidən ailə həyatı qurmaq barədə düşünmürsünüzmü??

Başqa insanla heç vaxt. Heç vaxt mənim övladlarıma özgəsi ata ola bilməz. Ancaq doğma.

- Yenidən bir araya gəlməyi düşünürmürsünüzmü?

Ola bilər. Həyatdır. Hər şey ola bilər.

- Ümumiyyətlə, ayrılıqdan sonra sevgi, evlilik təklifləri almısınız?

Çox olub. Amma vaxtım yoxdur (gülür). Bilirsiniz mən çox güclü qadınam. Buna görə də mənim yanımda güclü insan olmalıdır.

- Övladlarınızın neçə yaşı var?

Oğlumun 9, qızımın 6.

- Gələcəkdə oğlunuz sizing sənətə müdaxilə etsə, onda necə?

Mənə çox adam deyir ki, oğlun böyüyəndə sən ona nə cavab verəcəksən? Əsas odur ki, mən əxlaqsızlıqla yaşamıram. Mən canım çıxa-çıxa gecə saat 3-ə qədər banketlərdə oynayıb halal pulumu qazanıram. Düzdür, ətrafdan məni başqa cür tanıyan insanlar var. Amma mən həqiqətən də elə deyiləm. Sadəcə işləyib pulumu qazanıram. Rəqqasəlik asan iş deyil. Bu işlə məşğul olanlar yaxşı bilir. O toydan bu toya qaça qaça gedirəm. Nə var nə var 100 manat qazanacağam. Amma indi mənim yaşıdlarım nazirlərlə fırlanır.

"Kişi əgər xəyanət edirsənsə, bunu gizli tutmağı bacarmalıdır..."

- İşdən sonra nə ilə məşğul olursan?

İşdən sonra ancaq evi təmziləyirəm (gülür). Ən sevdiyim şey uşaqlarla film izləməkdir. Həmişədə filmin yarısında yatıram (gülür).

- Bu sənətdə olmasaydınız, hansı peşəni seçərdiniz?

Çoxları bilmir, amma mənim öz sənətim saç usdasıdır. Moskvada olanda bir müddət saç ustası çalışmışam. Sonra alergiya səbəbiylə bu sənətdən uzalaşmalı oldum. Əgər rəqqasəlikdən uzaqlaşmış olaramsa, düşünürəm ki, gözəllik salonu işlədəcəm.

- Ümumiyyətlə qadın olmaq çətindirmi?

Qadın olmaq yox, amma tək olmaq çətindir. Mənim indiki ağlım olsaydı heç vaxt həyat yoldaşımdan boşanmazdım. Çünki ailə olmaq tamam başqadır. Mən indiki xanımlara fikir verirəm, onlar boşanmağa daha çox meyillidirlər. Alınmadı, olmadı həmən deyirlər ki, ayrılaq. Amma mən heç vaxt elə olmamışam.Həmişə ailəmi qoruyub saxlamışam. Elə ki mən əlimi bir az boş tutdum, ailəmiz dağıldı. Bizim ailədə hətda ailəni qoruyub saxlayan da mən idim. Ayrılma səbəbimiz isə, onun gəzəyən olması idi. Ən pisi isə o idi ki, bundan xəbərdar idim. Kişi əgər xəyanət edirsənsə, bunu gizli tutmağı bacarmalıdır.
 

Böyütmək üçün şəkillərə klikləyin: