Bəstəkar-müğənninin anası dünyasını dəyişdi - ФОТО

Day.Az представляет новость на азербайджанском языке:
 

Bəstəkar-müğənni Arif Səlimovun anası vəfat edib.
 

Milli.Az xəbər verir ki, anspress-ə bu haqda sənətçinin özü məlumat verib.
 

"Son aylar anam səhhəti ilə bağlı problemlər yaşayırdı. Buna görə mən də sənətimə fasilə verdim. Hər an anamı itirmək qorxusu ilə yaşayırdım. Amma bu dərd mənim də bir gün qapımı döyməli idi və o gün gəldi. Fələk anamı əlimdən aldı. Hazırda anamın olmadığına inana bilmirəm. Onu da deyim ki, pis günümdə xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq bacıları, əməkdar artist Mehriban Xanlarova, aparıcı-müğənni Vüsalə Rəcəbova yanımda olub. Hər birinə təşəkkür edirəm", - deyə Arif Səlimov bildirib.
 

Allah rəhmət eləsin!


Нажмите на фотографии для увеличения: