Cəbhəyə könüllü gedən "Maşın" finalçısı

Day.Az представляет новость на азербайджанском языке:

ANS-in efirində yayımlanan "Maşın" realiti şousunda finalçıların ailələrindən reportaj hazırlanıb.
 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hər üç finalçının - müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlının ailəsi onlar üçün darıxdıqlarını bildiriblər.
 

Ən maraqlı açıqlamalardan birini isə Samir Cavadzadənin ailəsi edib. Belə ki, müğənninin anası Cavadzadə haqqında çoxlarının bilmədiyi məqama toxunub. O bildirib ki, Samir Cavadzadə 5-ci sinifdə oxuyarkən Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə xəttinə, döyüşlərin getdiyi Füzuliyə yollanıb.
 

Daha sonra müğənninin ailəsi darıxdıqlarını deyib və onun qalib gəlməsini arzu edib.
 

Qeyd edək ki, finalçılar müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı üçü də maşının ətrafındadır. Oyun davam edir. Hər üç iştirakçı maşını aparmaqda iddialıdır.