Hadise Dominikanda yandırıb-yaxdı - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Müğənninin "yandırıb-yaxan" fotoları internetdə "ildırım sürəti" ilə yayılıb

Bir neçə gün əvvəl Çanaqqalada verdiyi konsertlə izləyiciləri coşduran türkiyəli məşhur müğənni bu dəfə yeni klipindən yayılan görüntülərlə gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda da kifayət qədər pərəstişkar kütləsi olan məşhur pop müğənni Hadise Açıkgöz bu gün "Tavsiye" adlı albomunun üçüncü klipini təqdim edəcək.

Müğənninin menecerliyini edən bacısı Hülya Açıkgözün çəkdiyi ekran işi Dominikan Respublikasında lentə alınıb.

Klipdə müğənni ilə yanaşı, Mayamidən gələn məşhur kişi modeli Andre Kosta da rol alıb.

Hadisenin yeni klipindən yayılan fotoşəkillər isə sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Böyütmək üçün şəkillərə klikləyin: