Tunay Əliyeva: "Ailə qurmaq mənim üçün faciədir"

Day.Az представляет новость на азербайджанском языке.


"Gün üzü" verilişində çox maraqlı anlar yaşanıb.

ATV.az məlumat verir ki, aktrisa, model Tunay Əliyeva "Gün üzü"ndə qonaq olub. Verilişdə maraqlı fikirləri ilə seçilən teleaparıcıTunay Əliyeva hətta bildirib ki, arvad danışanda kişi susar. Bu fikir aləmi bir-birinə qatıb. İdeal kişi və qadından danışan qonaqlar öz ideallarından söz açıb, müzakirə və hətta mübahisə də ediblər.

T.Əliyeva idealını belə təsvir edib: "Klassik Azərbaycan kişisini bir az modernləşdirmək lazımdı. Fikirləşirəm ki, klassik kişilər məni bəyənmir. Mənim üçün ideal kişi kitab oxumalıdı, itlərimi yəni, qızlarımı qəbul etməlidi. 3 itim var. Bir itimin adı "Happy"di. İdealım müasir, azad düçüncəli, mənə azadlıq verən, fikirlərimə hörmətlə yanaşan biri olmalıdı. Məni bəyənəni mən bəyənmirəm, mənim bəyəndiyim isə məni bəyənmir. Ona görə də ailə qurmaq mənim üçün faciədi".