Bu da Hadisenin yarıçılpaq çəkildiyi klip - VİDEO Day.Az представляет новость на азербайджанском языке:

Bir neçə gün əvvəl Çanaqqalada verdiyi konsertlə izləyiciləri coşduran türkiyəli məşhur müğənni bu dəfə yeni klipi ilə gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda da kifayət qədər pərəstişkar kütləsi olan məşhur pop müğənni Hadise Açıkgöz ötən gün "Tavsiye" adlı albomunun üçüncü klipini təqdim edib.

Müğənninin menecerliyini edən bacısı Hülya Açıkgözün çəkdiyi ekran işi Dominikan Respublikasında lentə alınıb.

Klipdə müğənni ilə yanaşı, Mayamidən gələn məşhur kişi modeli Andre Kosta da rol alıb.

İki gün əvvəl sosial şəbəkədə Hadisenin yeni klipindən fotoşəkillərin yayılması klipə olan marağı daha da artırmışdı.
Нажмите на видео для просмотра:

фото