Nadir Qafarzadə: “1000 manat da desəydi, verəcəydim!” - MÜSAHİBƏ

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Nadir Qafarzadənin ATV.az-a müsahibəsi

- Son zənginizi necə xatırlayırsınız?

- Cox yaxşı xatırlayıram. 1988-ci il idi. Mən o zaman Sitalcay kənd orta məktəbinin məzunu oldum. Biz o zamankı 10 manatdan ("rubldan") "atışıb", sinif rəhbərimizlə birgə Bakıya gəzintiyə cıxdıq. Demək olar ki, bütün mərkəzi gəzdik, Tarix muzeyində, İncəsənət Muzeyində olduq, sonra əfsanəvi "Jemçujina" ( "Mirvari") kafesində nahar etdik. İndi bunu təsəvvür etmək çətindir, amma o zaman son zəngdə belə maraqlı gəzintilər olurdu, məktəblilər kinolara, teatrlara tamaşa edirdi, muzeyləri gəzirdi. Və əlbəttə, xeyli şəkil çəkdirdik - o vaxtkı "26-lar" bağında, bulvarda, hətta "Əjdahanın" heykəlinin yanında. Yəqin, elə o vaxtdan məndə əjdahalara sevgi oyanıb (gülür).

- Bəs iki il bundan öncə oğlunuzun son zəngində ona nə qədər pul verdiniz?

- 100 manat. Amma 1000 manat da desəydi, verəcəydim, çünkü o mənim - Nadir Qafarzadənin oğludur! Biz ailədə altı uşaq olmuşuq və məktəbdə hər il sinif yoldaşlarım şəkil çəkdirəndə, mən bunu etmirdim. 50 qəpiyə qıymırdım ki, hamımız 50 qəpik verməyək. Son zəng artıq məktəblə vida olduğuna görə şəkillər cəkdirdim. Və mən istəmirəm ki, mənim oğlum da nəyəsə görə sıxılsın, əksinə, qoy mən yaşamadığımı uşaqlarım yaşasın!

- Qorxmursunuz ki, uşaqlarınızın ərköyün böyüməsi fəsadlarla nəticələnə bilər?

- Əsla yox! Hər şey tərbiyədən aslıdır! Məsələn, bu yaxınlarda böyük oğlum İsveçrədən gəldi, orada universitetdə oxuyur və dostları ilə şəhərə gəzintiyə çıxanda mən ona 100 manat verdim. Lakin nə qədər təkid elədimsə, götürmədi ki, "yox, sən onsuz da mənim həm təhsil haqqımı ödəyirsən, həm də hər ay mənə pul yollayırsan, burda da mənə pul verməlisən?" Və bu tərbiyəni də ona həyat yoldaşım verib. Amma uşaqlar var ki 100 manat da, 1000 manat da versən, yenə deyəcəklər ki, "ver, atamsan, bunu etməyə borclusan!" Amma oğlum belə düşünmür.

- Bəs öz tərbiyənizə görə kimə borclusunuz?

- Həyata, düşdüyüm mühitə. Hansı mühitə düşmüşəm, elə də tərbiyə almışam.