Rəqsanə: "Çimərlik geyimində gəzək? "

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Rəqsanə İsmayılova həmkarlarının ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, "ATV Maqazin" verilişinə açıqlama verən ifaçı heç bir qalmaqalın onu ruhdan salmayacağını deyib:

"Şou-biznesdə bir-iki adam var döyülməlidir. Bezdim bu sənətdən. Hamısı deyinir. Bəsdirin, yığışdırın bu davanı. Biri o birisinin toyunu əlindən alır, dır-dır danışırlar. Bir az da xeyriyyə işləri görün. Bunlar nə istəyirlər? Əynimizə paltar geyinməyək? Çimərlik geyimində gəzək? Mən ona-buna libas geyinməyi öyrədirəm. Yanına uşaqları salıb, mənim geyimimi qınayırlar. Bunların heç biri məni ruhdan sala bilməz. Böyük layihələrlə məşğulam. Yaxın günlərdə təqdim edəcəm".