Faiq Ağayev: "Çirki xalça altında gizlədir"

Day.Az представляет новость на азербайджанском языке:

Xalq artisti Faiq Ağayev "Onlar" verilişinə maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, müğənni gənc ifaçılara ismarış göndərib: "İndi yerindən duran müğənni olmaq istəyir. Amma başa düşmürlər ki, müğənni mütləq aktyor olmalıdır. Dinləyici onun üzünü görmədən belə, səsindən ifaçının mahnıdakı sözlərə münasibətini hiss etməlidir. Etinasız formada dərd, sevgi haqda oxumaq qeyri-peşəkarlıqdır. Bu bənzətməmə görə, üzr istəyirəm. Amma pinti ev xanımaları var, qonaq gələndə çirki xalça altında gizlədir. Etinasız mahnı oxumaq da ona bənzəyir. Axı bu təmizlik deyil. Rəşid Behbudov, Rübabə Muradova, Zeynəb Xanlarova, Polad Bülbüloğluya qulaq asın. Onlar oxuyanda dinləyicini ağladır. Səs gözəl ola bilər. Amma onun içində xarakter olmalıdır".

F.Ağayev illərdir gündəmdə qalmağının səbəbini də açıqlayıb: "Ali təhsilli, qırmızı diplomlu aktyoram. Bütün mahnıları yaşayıb oxumuşam. Ona görə də mən ağlayanda, tamaşaçı da ağlayır. Mən güləndə, tamaşaçı da gülür. Boyunlarına almırlarsa, öz problemləridir. Amma örnək götürsünlər. Mən də adlarını çəkdiyim sənətkarlardan örnək götürmüşəm. Kütlənin arxasınca gedən yox, kütləni arxasınca aparanlar sənətkardır".