Günay İbrahimli: "Nə vaxtsa düşmən olsaq, mənə pislik etməz"

Day.Az представляет новость на азербайджанском языке:


"Heç bir həmkarımla dost deyiləm. Şou-biznes elə bir aləmdir ki, baş çıxarmaq çətindir. Şər atanlar, ikiüzlülük edənlər çoxdur. Adamı bataqlığa salırlar və sən də onlar kimi pis, ikiüzlü olursan". Bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. 
 

O bildirib ki, ən yaxın dostu stilist Elnur Həsənlidir:
 

"Elnurla 2009-cu ildən dostluq edirik. Bizim münasibətimiz alınır. Əslində, mən onu şou-biznes nümayəndəsi hesab etmirəm. Sənət adamları ilə aramda məsafə saxlayıram. İstəmirəm, kimləsə münasibətim pozulsun. Yaradıcılığımda, şəxsi həyatımda nə olursa, birinci Elnura danışıram. 
 

Çox gözəl məsləhətlər verir. Görünüşümü də həmişə ona həvalə edirəm. Onun ən çox bəyəndiyim xüsusiyyəti odur ki, yanında baş kəssən də, heç kimin xəbəri olmayacaq. Hətta nə vaxtsa düşmən olsaq, mənə pislik etməyəcəyini bilirəm. Bu aləmdə quyu qazanlar çoxdur. Amma həmişə çalışıram ayaqüstə qalım".