Azərbaycanlı aparıcı Türkiyədə istirahətdə - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


ANS telekanalının "İrəm bacı"sı Türkiyədə istirahətdədir. Milli.Az publika.az-a istinadən xəbər verir ki, məşhur teleaparıcı İrəm Nəbiyeva aparıcısı olduğu "Uşaqdan böyüyə" verilişi yay tətilinə çıxdıqdan sonra həyat yoldaşı ilə birlikdə istirahətə yollanıb.
 

Cütlüyün seçdiyi məkan isə teleaparıcının həyat yoldaşının vətəni Türkiyə olub.

Publika.az-a özəl açıqlama verən İrəm Nəbiyeva deyib ki, onlar Türkiyənin tarixi, lakin turistlərin olmadığı bölgəsinə üstünlük veriblər. Bu da səbəbsiz deyil:

"Türkiyənin turist gözündən uzaq cənnət bir məkanı var. Həyat yoldaşım Cenk ilə birlikdə ordayıq. Buranı Cenkin dostları məsləhət görüb. Mənzərəsi məni valeh edib. Buranı "Atatürkün yatmış halı" adlandırırlar. Meşəsi, dağı, dənizi olan qədim tarixə malik ərazidir. Osmanlıların tarixi torpağı olub. İnsan burada hüzur tapır. Qara dəniz sahilində yerləşir. Ankaradan 2 saatlıq məsafədədir. Bu cənnət məkanın adı Amasradır".