Xalq artisti səhnədən gedir: gedəcəyi tarixi açıqladı

Day.Az представляет новость на азербайджанском языке:

"Son solo konsertimi verib səhnə ilə vidalaşacağam".

Bu sözləri xalq artisti Nisə Qasımova son vaxtlar televiziya kanallarında görünməməyi ilə bağlı Axar.az-a danışarkən deyib: "Sentyabr ayında solo konsert verəcəyəm. Adını müəyyən etməsəm də, konsertin axarını və əsas məqsədini müəyyənləşdirmişəm. Bu konsertdə mən xalqıma, millətimə müraciət edəcəyəm. Əgər o gün xalq, tamaşaçılarım, məni sevənlər alqış xətrinə deyil, sevgi xətrinə saxlaya bilsə, qalacağam. Saxlaya bilməsə, səhnəni birdəfəlik tərk edəcəyəm. Efir məkanının bayağılığından yorulmuşam".

Qeyd edək ki, xalq artisti ilə ətraflı söhbəti yaxın vaxtlarda təqdim edəcəyik.