Sadə geyiminə lağ edilən əməkdar artist

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Rühəngiz Musəvi həmkarlarından şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənni "Yeri gəlmişkən" verilişində onun geyimini ələ saldıqlarını bildirib:

"Qəlbi qırmaq günahdır. Mənim qəlbimi o qədər qırırlar ki, hamısın içimdə saxlayıram, üzlərinə vumuram. Amma soyuqluğu insana hiss etdirirəm. Sadəliyi sevirəm. Bir dəfə çəkilişə getmişdim. Həmkarım mənim geyimimə söz atdı ki, "Bu nədi geyinmisən?". Geyimimə lağ edirlər. Ola bilər ki, paltarım bahalı deyil, amma mənə yaraşır. Gərək hamı kimi zərli geyinim? İnciməsinlər məndən, müğənnilərin hamısı zər-zibalı geyimləri ilə "inqubator"a bənzəyirlər. Heç vaxt o parıltılı paltarlardan istifadə etmərəm".