Samir Bağırov ortaya çıxdı, özü də...- FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Onlar birgə çalışacaqlar.
 

3 ildən çoxdur səhnədən, efirdən uzaq düşən Azərbaycan estradasının tanımış ekstravaqant ifaçısı Samir Bağırov, müğənni Rəqsanə İsmayılova ilə birgə görüntülənib.

Gecce.az-ın məlumatına görə, məkanların birində fotokameraların obyektinə tuş gələn iki məşhur ifaçı maraqlı açıqlamalar veriblər. İfaçı S.Bağırov ortalıqda görünməməsini və Rəqsanə ilə bir araya gəlmələrinin səbəbini belə şərh edib: " Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim, dəyərli Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanə və özümə uğurlar arzulayıram".

Rəqsanə də öz növbəsində Samirin sözlərini təsdiq edib: "Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil.Bu mövzuda çox danışmaq istəmirəm. Surpriz olsun inşallah yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Samirlə birgə çox maraqlı bir layihə hazırlayırıq. Səbr edin, tezliklə özünüz şahid olacaqsınız". 

Şəkilləri böyütmək üçün klikləyin: