Əməkdar artistin xərçəng xəstəliyi diaqnozu yalan çıxdı

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist, tanınmış aktrisa Gülnar Salmanovadan xəbər var.

Sinəsində xərçəng aşkarlanan aktrisanın diaqnozunun düzgün qoyulmadığı bəlli olub.
 

Bu barədə Publika.az-a açıqlama verən Gülnar xanım şad xəbərin şokundan hələ çıxmadığını deyib: "Bir müddət öncə həkimlər döşümdə şiş aşkarlamışdılar. Bir yandan böyrək çatışmazlığı, həyata ümidimi itirmişdim. Bu günlərdə həkimə getdim, müayinə olunanda həkim gözlərinə inanmadığını dedi. Döşümdəki şiş çəkilmişdi. Sən demə, bu, adi düyün imiş, həkimlər bunu xərçəng kimi qələmə veriblər. Şad xəbərdən şok keçirdim. İndi artıq bir dərdim var, o da böyrəyimin dəyişdirilməsi. Böyrək əməliyyatı olarsa, dünyaya yenidən gəlmiş olaram".