Mətanət onu söyən yazarı məhkəməyə verdi

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Mətanət Əsədova yazıçı Əziz Musaoğlunu məhkəməyə verib.

Bu barədə APA-ya məlumat verən Mətanət Əsədovanın vəkili Ceyhun Yusifov bildirib ki, iddia ərizəsi Cəbrayıl Rayon Məhkəməsinə göndərilib.
 

Vəkil iddia ərizəsində M. Əsədovanın şərəf və ləyaqətin alçaldıldığının qeyd olunduğunu, bunun üçün Əziz Musaoğlunun "Space" televiziyasının efirində Mətanət Əsədovadan üzr istəməsini və vurulmuş mənəvi ziyana görə 100 min manat təzminat ödəməsini tələb etdiklərini bildirib.
 

Qeyd edək ki, iyunun 30-da "Space" televiziyasında yayımlanan "Günaydın" verilişində Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə irad tutub və ona qarşı nalayiq ifadələr işlədib