Azərbaycanlı müğənni əcnəbi filmdə rol alıb

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Elşad Qarayev adını açıqlamadığı qonşu ölkələrdən birində filmə çəkilir. Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu gün "Günaydın" verilişinin qonağı olan ifaçı yay fəsli olduğuna baxmayaraq, işlərini davam etdirdiyini söyləyib.
 

"Filmə çəkilirik. Hazırda çəkiliş prosesi qardaş respublikada davam edir. Tamaşaçılar həmin filmi avqust ayının sonu, sentyabr ayının əvvəlində izləyə biləcəklər. Filmi əcnəbilər çəkir. Məclislərdən birində idik. Orada mənim aktyorluq qabiliyyətimi görüb filmə çəkilməyə dəvət etdilər".

Verilişdə qonaq olan xalq artisti Fatma Mahmudova da həmin filmə çəkildiyini bildirib.