Rusiyalı aparıcı Azərbaycanı belə təbliğ etdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке:


Bu gün məşhur aktyor Dmitri Nağıyev sosial şəbəkədə maraqlı paylaşım edib.


Axar.az xəbər verir ki, məşhur aparıcı və aktyor bu dəfə armudu stəkanda Azərbaycan çayını paylaşaraq çay haqqında məlumat verib:
 

"Çay - Azərbaycan milli mədəniyyətinin bir hissəsidir. Çay bizi həyatımız boyu müşayiət edir. Heç bir əlamətdar hadisə çaysız baş tutmur. Azərbaycan çayı xüsusi formalı armudu stəkanda içilir. Azərbaycanın istənilən küncündə çayxana var. Azərbaycan çayxanalarında çay müxtəlif şirniyyat və ya mürəbbələrlə, həmçinin, qənd və limonla verilir".
 

Qeyd edək ki, Nağıyev daha öncə yeni bişmiş təndir çörəyi və motal pendirinin şəklini qoyaraq altında Azərbaycan dilində "Sabahınız xeyirli, gününüz uğurlu, əhvalınız xoş olsun!" sözlərini yazmışdı.

Şəkli böyütmək üçün klikləyin: