Nadir Qafarzadə: "İstəyirəm, lakin cəmiyyət məni qəbul etməz"

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Nadir Qafarzadə geyimlərindən danışıb.

"Qafqazinfo"nun məlumatına görə, "Star life" verilişinə açıqlamasında müğənni bahalı geyimlər alan həmkarlarını qınayıb: "Ayaqqabılarımın sayı hesabı yoxdur, corabı ayaqqabıma uyğun alıram. Rəngarəng corablar bahalı olur, axtarıb tapıram ki, geyimimə uyğun olsun. Deyirlər ki, 5 min manata pencək alıblar. Deyirəm ki, sən o pulu əziyyətlə qazanmısan, başın xarab olub? Artist adam 1 pencəyi 3 dəfə geyinə bilir. Ondansa, 5 minə bir neçə kostyum ala bilərsən.
 

Həmişə istəmişəm ki, balaca maşın sürüm, amma o zaman cəmiyyət məni qəbul etməyəcək. Deyəcəklər ki, bu nə gündədir, sürdüyü maşına bax, pulunu yığır, ondansa bahalı maşın alsın, pulları o dünyaya aparmayacaq. Yarmarkaya getmişdim, dedilər ki, bu nə gündədir, bu da bura gəlir? Mən çətin günlərimi unutmamışam, kasıblıqdan bu günə gəlmişəm, indi isə dövlətliyəm".