"Allahdan istəməyə qorxuram"- MÜĞƏNNİLƏRİN ARZULARI

Day.Az представляет новость на азербайджанском языке:

"Star life" verilişi şou-biznes nümayəndələri arasında sorğu keçirib. "Qafqazinfo"nun məlumatına görə, sorğuda iştirak edən şou əhli həyata keçməyən arzularından danışıb:

Əməkdar artist Abbas Bağırov: "Ürəyimdə qalan arzu şəxsi həyatla bağlıdır. İnşallah, yerinə yetəcək".
 

Müğənni Sevda Yahyayeva: "Həyata keçməyən arzum yoxdur. Ən böyük arzum müğənni olmaq idi. İstəyirdim, tamaşaçılar mahnılarımı sevsinlər".
 

Müğənni Yaşar Cəlilov: "Ən böyük arzum qızımın olmasıdır. Qızıma anamın adını qoyacam".
 

Müğənni Zamiq Hüseynov: "Arzularla yaşayan biri deyiləm. Heç vaxt özümə nəsə arzulamamışam. Həmişə demişəm ki, gördüyüm işin bəhrəsini görmək istəmişəm".
 

Əməkdar artist Elza Seyidcahan: "Həyata keçməyən arzularım çoxdur. İnsan xoş niyyətli olsa, arzuları ürəyində qalmır.
Arzularım gec də olsa, həyata keçib. Elə arzular var ki, Allahdan istəməyə cürət etməmişəm. Amma Allah yerinə yetirib".
 

Niyam Salami: "Ailəmin, uşağımın olmasını arzulayıram".
 

Əlikram Bayramov: "Həyata keçməsi çətin olan arzular var. Amma həyata keçməsini istəyirəm".