Aşıq Zülfiyyə xəstəxanada: "Həkimlərin dediyinə görə..."

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Aşıq Zülfiyyə kimi tanınan Zülfiyyə İbadova nənə olub.

Nənəlik sevincini ilk olaraq Milli.Az-la bölüşən aşıq hazırda xəstəxanada olduqlarını dedi:
 

"Hal-hazırda xəstəxanadayıq, həkimlərin dediyinə görə, şükür Allaha, uşağın vəziyyəti yaxşıdır. Anası da əməliyyatdan ayıldı, onunla da görüşdük. Atası gedib uşağı görüb, düzdür, uşağı hələ bizə göstərmirlər. Adını əvvəlcədən fikirləşdiyimiz kimi Renat qoymuşuq. 2 kilo, 850 qr çəkisi, 50 s boyu var. Uşağın həkimi Lalə həkimə dərin təşəkkürümü bildirirəm.

Allah bütün balaları saxlasın, mənim Renatım da onların içində. Sözümün üstündə dayanaraq xəbəri ilk sizə bildirdim. Həqiqətən, nənəlik sevinci çox gözəl duyğudur, Allah bütün valideynlərə bu sevinci nəsib etsin" deyə aşıq bildirib".
 

Qeyd edək ki, aşığın oğlu Babək də müğənnidir və o, oğlunu dayısı nəvəsi Xuramanla evləndirib.