Nadir Qafarzadə: "Acından ölürsən?"

Day.Az представляет статью на азербайджанском языке:

Müğənni Nadir Qafarzadə özünü zövqlü ifaçı adlandırıb.
 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bahalı paltarlar almağı sevmədiyini bildirən sənətçi "Star life" verilişinə açıqlamasında bunları deyib:
 

"Ayaqqabımın sayı-hesabı yoxdur. Corablarımı belə ayaqqabı rəngində alıram. Rəngli corab tapmaq çətindir, həm də baha olurlar. Bədxərc deyiləm. Biri deyir, 5 minə pencək aldım. Belə hallara yol vermirəm. Çalışıram, ucuz və zövqlü paltarlar alım. Bir dəfə həyat yoldaşımla birlikdə yarmarkaya getmişdim. Qulağım eşidə-eşidə deyirdilər ki, "Bu nə gündədir, yarmarkaya gəlir".

N.Qafarzadə paltarlarını satışa çıxaran həmkarlarına irad bildirib:
 

"Hər kəsin öz işidir. Amma mən belə addım atmaram. Bir paltarı yüz manata alıb, geyindikdən sonra 20 manata satacaqsan da. 20 manata ehtiyacın var? Acından ölürsən? Ondansa get libası kiməsə bağışla. Heç kim libasını baha qiymətə sata bilməz. Bahalı paltar alan gedib elə mağazadan təzəsini götürər də. Çoxları mən danışanda deyir ki, "Nadir keçmişini unudub". Xeyr, o günlərimi gözəl xatırlayıram. Amma gələcəyə doğru baxıram. Danışırsan, deyirlər, özünü ağıllı göstərir. Susursan da səni yekəxana adlandırırlar. Ona görə də başqalarının sözləri mənə vız gəlir".