Şou-biznesdə 12 illik dostluq bitdi

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Natavan Həbibi ilə Kərim Abbasov arasında soyuqluq yaranıb.

Axşam.az-ın məlumatına görə, son vaxtlar K.Abbasovun N.Həbibinin danışmadığı xalq artisti Aygün Kazımova ilə yaxınlığı diqqətdən qaçmayıb.

K.Abbasov "Gündəlik" verilişində dostluqdan yarımadığını deyib:

"Bir insan var, onunla 12 il dostluq etdim. Müğənnidir, heç nəyin üstündə məndən küsdü. Menecerinin dediyi sözə görə mənimlə əlaqəni kəsdi. O insan mənim evimdə çörək kəsmişdi, ailəm qarşısına yemək qoymuşdu. Bunları fikirləşmədi. Hamı o ifaçını tanıyır".

K.Abbasov aparıcının "Bir vaxtlar Elnur Məmmədov, Natavan Həbibi ilə yaxın dost idiniz. İndi nə oldu" sualını isə cavabsız qoyub. O, gülümsəyərək "Allah hamısının canını sağ eləsin" deyib.

K.Abbasov maqazin verilişlərindən birində "Mən yeni qruplaşmanın üzvüyəm. Burada Aygün Kazımova və Samir Cavadzadə var" açıqlamasını vermişdi.

Xatırladaq ki, müğənnilər Natavan Həbibi, Xatirə İslam, Səidə Sultan, Oksana Rəsulova, Elnur Məmmədov və Kərim Abbasov bir vaxtlar eyni qruplaşmanın üzvləri olduqlarını bildirmişdilər. Hətta K.Abbasovla N.Həbibi bir vaxtlar dostluq haqqında duet oxuyacaqlarını bəyan etmişdilər.

Bu yaxınlarda isə sənətçi A.Kazımova üçün mahnı yazacağı və onunla duet oxuyacağı ilə bağlı açıqlama verib.