Türkiyədə yaşayan azərbaycanlı müğənni: "Çoxları məni türk bilir"

Day.Az представляет интервью на азербайджанском языке:


Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı ifaçı Ezo Gənç "Sabah" qəzetinə müsahibə verib.

Axşam.az həmin müsahibəni ixtisarla təqdim edir:

- Türkiyə və Rafet El Roman sizin üçün "Liman" oldu?

- Rafet El Roman mənim üçün inandığım bir çiyin, Türkiyədə isə ayrılmaq istəmədiyim bir liman oldu.

- Beş ildir Türkiyədəsiniz və ilk albomunuz işıq üzü görüb. Sizcə gecikdiniz, yoxsa əsl zamanıdır?

- Doğru işi və zamanı gözlədik. Geridə qalan beş il ərzində özümü təkmilləşdirdim. Tələffüzümdə düzəlişlər etməyə çalışdım. Üç il Rafet El Romanın vokalçısı oldum. Özümü hazır hiss etməyim çox vacib idi. İndi özümü hər şeyə hazır hiss edirəm.

- Türklər azərbaycanlıları çox sevirlər. Yəqin ki, buna görə burada sizi qəbul etmələri çox asan oldu.

- Azərbaycanlılar da türkləri çox sevir. Biz qardaş ölkələrik... Burada çoxları mənim azərbaycanlı olduğumu bilmir.

- Rafet El Roman həyatınıza dəyən sehirli bir çubuq oldu?

- Rafet həyatıma girdi. Əlində sehirli çubuğu olmasa da, sehirli ürəyi var. O, mənim taleyimin dönüş nöqtəsidir. Bir çox dəyərli insanla tanış olmağıma kömək etdi. Həyatıma, mənə dəyərli insanlar qazandırdı. Onlardan biridə menecerim Züleyxa Doğanaydır.

- Albomda bir çox önəmli adlarla çalışmısınız. Onların sizə şans gətirəcəyinə inanırsınız?

- Albomda yer alan "Liman" mahnısı ilə çıxış etdim. Musiqisinə heyran olduğum Gökhan Tepe imzası var. Rafet El Romanın oxuduğu "Anlamsız fırtına" mahnısını oxumuşam. Albomda yer alan və mənim üçün önəmli olan mahnılardan biri də Azərbaycanlı musiqiçi Rəşid Behbudovun "Uzun gecələr"idir.

- Həmişə Türkiyədə qalırsınız, yoxsa Azərbaycana tez-tez gedib-gəlirsiniz?

- 5 ildir İstanbulda yaşayıram və burada olmağı çox sevirəm. Ailəm Azərbaycandadır, buna görə də ora tez-tez gedib-gəlirəm.

- Rafet El Roman albomunuza müdaxilə etdi?

- Daim onunla fikir alış-verişi edirəm. Onun təcrübəsinə çox inanıram. Məsələn, duetimiz olan "Kalbine sürgün"ü ağlayaraq oxudum. O isə bunun hit olacağını deyirdi və oldu da.

- Aktrisalıq dərsi alırsınız. Bununla bağlı planlarınız var?

- Uzun illərdir heyranı olduğum Vahide Gördümün "Akademiya 35 Sənət Evi"ndə dərs alıram. Bu məktəbdə olduğum üçün çox şanslıyam. Orada özümə yaxşı dostlar da tapdım. Sağ olsunlar, xahişimi qəbul edib klipimdə də çəkildilər.

- "Bir gün mütləq bir yerdə çəkiləcəyik" dediyiniz aktyor var?

- Gözümü Şükrü Özyıldıza dikmişəm. Bilirəm ki, bir gün gerçəkləşəcək. Onun aktyorluğunu, enerjisini çox bəyənirəm.