Sərdar Ortaç: "Evləndikdən sonra qadağandır" - FOTO Day.Az представляет новость на азербайджанском языке:

Bodrumda konsert verən Sərdar Ortaçı dinləyənlər arasında həyat yoldaşı Kloe Louqnan da olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert zamanı müğənni bir müddət əvvəl keçirdiyi xəstəliyi haqda da danışıb.

"Ən önəmli şey sağlamlıqdır. Allaha şükür, təkrar bunu əldə edə bildim".

O, həyat yoldaşına təşəkkürlərini bildirərək onun hər zaman yanında olduğunu deyib. Ortaç Kloe ilə bağlı zarafat da edib.

"Evləndikdən sonra rəqqasələrimə toxuna bilmirəm, qadağandır, çünki dəyənək ordadır" deyə, həyat yoldaşını göstərib.

Böyütmək üçün klikəyin: