Bəhram Bağırzadə: "Alman kimi yaşayıram" Day.Az представляет новость на азербайджанском языке:

Aktyor Bəhram Bağırzadə "Yeri gəlmişkən" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, övladlarının ona bənzəməsini istəmədiyini etiraf edib:

"İstəmirəm ki, övladlarım müəyyən xüsusiyyətlərdə mənə bənzəsin. Cavanlıqda çox səhvlərim olub. İstəyirəm uşaqlarım o cür hallardan uzaq olsunlar. Onları açıq deyə bilmərəm. Çünki insanın səhvini açıb-ağartmaq günahdır. Mən nizam-intizamı sevirəm. Alman kimi yaşayıram".