Bu dəfə hədəf Xatirə İslam oldu: " Nə gündəsən, Xatirə..." - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Türkiyədə istirahətin dadını çıxaran Xatirə İslamın kefinə əməlli-başlı soğan doğrayıblar.
 

Publika.az xəbər verir ki, dincəldiyi məkanlardan durmadan fotolar paylaşan müğənninin şəkillərinin altında, həmişə olduğu kimi, yenə də xoşagəlməz sözlər yazıblar. Kimisi ona bəxtəvərlik verib, kimisi də "nə gündəsən, ay Xatirə" yazaraq istehza ediblər.

Xatirə də özünün "İnstagram" səhifəsində qəzəbini belə ifadə edib:

"Mən şəkil paylaşanda içinizdəki paxıllığı üzə vurmayın. Allah bilir ki, kimə nə vermək lazımdır.
 

Adama az bəxtəvərçilik verin, bu, günahdır. Qarnınızdakı qurd ömrünüzü azaldacaq. Nə şəkil qoyulsa, baxın keçin. Xoşunuz gəlməsə, izləməyin. Bir adam ki, şəkillə hamamı səhv sala, mən nə deyim ona? Sözlərim bəzi "düşük"lərə aiddir". 

Şəkilləri böyütmək üçün klikləyin: