İzzət Bağırov indiyədək etmədiyini edəcək

Day.Az представляет новость на азербайджанском языке:

"Canlı konsertim olacaq. Belə konsertlərdə müxtəlif sürprizlər olur. İndiyədək heç hazırlamadığım sürprizlər olacaq. Möhtəşəm səhnə hazırlanır".

Bu sözləri əməkdar artist İzzət Bağırov bu gün qonaq olduğu "Günaydın" verilişində səsləndirib.

İfaçı onu özündən razı hesab edənlərə də münasibət bildirərək onlarla razılaşmadığını bildirib: "İnsanın sərtliyi olmalıdır. Çox mülayim birisidirsə, yeri gələndə, sərtliyini göstərməlidir. Məni tanımayanlar deyir ki, "İzzət özündən çox razıdır". Tanıyanlar deyir ki, "İzzət kimi sadə insan yoxdur". Çünki ətrafdakılar insanın sadəliyindən o qədər istifadə edir ki, buna görə peşmançılıq çəkirsən".