Türkiyəli müğənnidən Məhəbbət Kazımovla bağlı - YALAN - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Məşhur müğənni Sərdar Ortac Azərbaycan mahnısı haqda təhrif dolu məlumatlar verib.
 

Axar.az xəbər verir ki, türk musiqisinin imperatoru İbrahim Tatlısəsin "İbo Şou" verilişində müğənni Sərdar Ortac Məmməd Arazın şeirinə yazılan və Məhəbbət Kazımovun ifa etdiyi "Pərişan bir eşqi hara apardın" mahnısını ifa etmək istədiyini deyib, ancaq mahnı haqqında tamaşaçılara qeyri-səhih məlumatlar verib:
 

"Son 2-3 ildir Azərbaycandan Özbəkistana qədər hər yerə gedirəm. Orada inanılmaz gözəl türkülərə rast gəldim. İndi onlardan birini sizinlə paylaşacağam. Amma əvvəlcə Azərbaycan xalqı üçün böyük bir alqış istəyirəm sizdən. Öz qanımızın insanlarıdır. Məhəbbət Kərimov adlı 85 yaşlı bir adam yazıb bu türkünü. Deyir ki:
 
Sən mənim yazıma birinci yağış,

Sən mənim qışıma sonuncu qarsan.

O mənim qəlbimdə ünvan tapmayıb,

Pərişan bir eşqi hara aparsın".
  

Qeyd edək ki, Sərdar Ortac mərhum müğənni Məhəbbət Kazımovun adını çəkmək istəyib, ancaq onun öz soyadı əvəzinə duet ortağı Könül Kərimovanın soyadını işlədib: Məhəbbət Kərimov. Hələ bu azmış kimi türkünü 85 yaşlı bir adamın yazdığını deyib. Əslində isə nə Məhəbbət Kazımov, nə də Məmməd Araz 85 yaşına qədər yaşayıb. Müğənni 60, xalq şairi isə 71 yaşında vəfat edib.
  

Video 2012-ci ildə paylaşılsa da, maraqlı olacağını nəzərə alıb təqdim edirik:


фото