Azərbaycanlı aktyor evlənməyə qız tapmır

Day.Az представляет новость на азербайджанском языке:

Yumorist Müşfiq Şahverdiyev evlənməməsinin səbəbini açıqlayıb. "Qafqazinfo"nun məlumatına görə, 31 yaşlı aktyor "Star life" verilişinə açıqlamasında xanım seçə bilmədiyini deyib:
"İnsanın dünya görüşü artdıqca ailə saxlamağa və ailənin problemlərini həll etməyə hazır olur. yaş artdıqca insan kaprizli olur, seçim etmək çətinləşir. Anam, qohumlarım toylardan şəkil göstərirlər ki, evlənmək üçün qız bəyənim, hələ ki, bəyəndiyim qız olmur. Bu yaşdan sonra universitet qabağında dayanıb qız bəyənə bilmərəm. qismətin ixtiyarına buraxmışam. Hər yaşda sevmək mümkündür, sevgisiz ailə qura bilmərəm. sırf evlənmək xətrinə ailə qura bilmərəm. Xasiyyətim çətindir. Anam deyir ki, xasiyyətinə görə sənin üçün qız seçmərəm. Özün bəyən, evlən".