Azərbaycanlı müğənni: "İstəyirəm ki, arvadım yalanımı bilsin, amma sussun"

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Yaşar Cəlilov öz xasiyyətini tənqid edib.

Axşam.az-ın məlumatına görə, ifaçı "Star life" verilişində bəyəndiyi xanım tipindən də danışıb:

"Qızım olsun istəyirəm. Amma ata olmağa hələ hazır deyiləm. Evləndim, səhlənkarlıq həyatım bitdi. Uşaq olmalıdır, bağçası, məktəbi, əsgərliyi, nişanı, toyu - bir də gözümü açacam ki, saçım ağarıb. Çox problemli oğlanam. Mənim xasiyyətimə dözən xanım, anamdan sonra dünyada ən güclü qızdır. Səbrli, səliqəli, savadlı olmalıdır. Çox bilsin, amma az danışsın. Onu aldadanda belə bilsin ki, yalan deyirəm, amma sussun. Mənə elə hörmət etməlidir ki, övladlarımda məni saysın. Qadın ailədə böyük qüvvədir".

Y.Cəlilov sənətə gəlməsindən peşman olduğunu da etiraf edib:

"Bu gün müğənni xalq üçün çox adiləşib. Düzdür, biz onlardan fərqlənmirik: onlar kimi problemimiz, istirahətimiz var. İndi sənətçilər elə şərait yaradıb ki, insanlar müğənnini "meymuna" oxşadır. Müğənni sənin toyunda, şən günündə 6 saat qonaqlarını şənləndirir. Sənət aləmində həqiqətən meymun müğənnilər var. Kimisi özünü apara, danışa, geyinə bilmir. Mən sənət adamı olmaqla yanaşı, insanlar arasında da gəzirəm. Elə sözlər eşidirəm ki... İfaçılar bir-birinin ünvanına xoşagəlməz sözlər deyir.Əvvəldən pilot olmaq istəyirdim. Təəssüf ki, o yolu seçməmişəm. Bilsəydim ki, gələcəkdə məni sənətdə nələr gözləyir, oxumazdım".