Rəqsanənin qızına aldığı maşın geri qaytarıldı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun anasının ad günündə ona bağışladığı avtomobilin aqibətindən danışıb.

Axşam.az-a açıqlama verən Aysun maşını qaytardığını bildirib: "Onsuz Bakıda yaşamıram. Uzun müddətdir ki, Türkiyədə qalıram. Anam pulları əziyətlə qazanır. Niyə boş yerə maşın alıb, həyətdə qoyum ki? Qaytardım. Evdə iki avtomobil var. Bakıya gələndə ondan istifadə edirəm. Amma anamdan mənə Türkiyədə maşın almasını istəmişəm".

A.İsmayılova qardaş ölkədəki işlərindən də bəhs edib. O, Türkiyədə reklam təklifi aldığını bildirib:

"Geyim, kosmetik vasitələrin reklamına çəkilmək təklifi almışam. Qonorar qane etsə, razılaşaram. Mənim orada prodüserim var. Heç bir qiymətə qarışmıram, necə istəyir edir. Bir serial təklifi almışdım, həftəyə 20 min avro verirdilər. Amma elə oldu ki, müqavilədəki bəzi şərtlərə görə razılaşmadıq. Çox əziyyətli işdir. Hamı bunun öhdəsindən asanlıqla gələ bilməz".

Şəkilləri böyütmək üçün klikləyin: