Azərbaycanlı aktrisanın efirdə halı pisləşdi - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az anspress-ə istinadən bildirir ki, bunu "A-dan Z-yə" verlişinin qonağı olan əməkdar artist Mehriban Xanlarova deyib. Xanım aktrisa hələ heç bir yerdə danışmadığı sirlərindən ilk dəfə bu verlişdə söz açıb.
 

Verlişin formatına uyğun olaraq gələn qonağa surprizlər hazırlanır. Hazırlanan sujetlər içərisində qonağı sarsıdacaq və ya sevindirəcəklər xəbərlər də yer alır. Aktrisa Mehriban Xanlarovanın həyatından bəhs edən, onu tamaşaçıya daha yaxşı tanıtdıran və iç dünyanısı üzə çıxardan faktlar da onun keçmiş həyatından və ailəsindən bəhs edib.
 

Belə ki, cavan bacı, qardaş, daha sonra ata itirən aktrisa xanım onun üçün ailənin çox önəmli olduğunu və ailəsi üçün öz həyatını qurban verdiyini deyir. O bu hadisələrdən sonra 16 ildir ki, "panika" sindiromundan əziyyət çəkdiyini də etiraf edib. M.Xanlarovanın bu yaşadıqları onun həyatda tez özündən çıxmasına, hər şeyə tez reaksiya verməsinə səbəb olub.
 

Verlişdə efirə gedən sujetlərin birində ölən atasını və qardaşını görən aktirisanın halı pisləşərək studiyanı tərk edib. Onu təəccübləndirən daha bir hadisə isə anasının studiyaya gəlməsi olub. Aktirisanın anası qızının səsini nə eşidə və danışa bilir. Mehriban xanımın ən böyük arzusu danışa bilməyən anasının dilindən bir dəfə də olsa "qızım" sözünü eşitməkdir.

Verlişin sonunda isə M.Xanlarovanın öz tələbəsi vasitəsi ilə ona evlilik təklifi gəlib. Studiyaya gələn tələbə bəyin çəkilişlərdə olduğu üçün efirə qatıla bilmədiyini açıqlayıb. Bəyin isə Türkiyə vətəndaşı olması ehtimal olunur. Adı açqılanmayan şəxsk aktrisaya evlilik təklifi ilə yanaşı qızıl qolbaq da göndərib.

Videonu izləmək üçün şəklə klikləyin:

фото