Şou-biznesin sürpriz "ata-balası"! Hamı xəbərsiz imiş!

Day.Az представляет новость на азербайджанском языке:

"Kristal" qrupunun rəhbəri Mədinə Məlik tanınmış aktyor Şamil Süleymanlının qızı imiş.

Axşam.az-ın məlumatına görə, M.Məlik sosial şəbəkədə Milli Kino günü ilə bağlı atasını təbrik edib:

"Atam, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin".

Bir çoxları bu xəbərdən təəccübləndiyini və prodüserin Ş.Süleymanlının qızı olduğunu bilmədiyini yazıb.

Əməkdaşımızla söhbətində M.Məlik bu haqda danışmağı xoşlamadığını deyib: "Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir".

Qeyd edək ki, Ş.Süleymanov "Bəyin oğurlanması", "Baladadaşın ilk məhəbbəti", "Tütək səsi", "Əlvida cənub şəhəri", "Çölçü", "Dolu", "Mahmud və Məryəm", "Ay Brilyant" kimi filmlərdə rol alıb. 

Məsələyə aydınlıq gətirmək üçün "Qafqazinfo"nun əməkdaşı əməkdar artist Şamil Süleymanlı ilə əlaqə saxladı. Əməkdar artist məşhur prodüserin onun qızı olmadığını bildirdi: "Bir dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona "qızım" deyirəm, onunla fəxr edirəm. O isə məni "atam" deyə çağırır. Mədinəni üzdən mənə oxşadanlar var. O məni sadəcə olaraq sosial şəbəkədə təbrik edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm".